logo

Bakıda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirildi

14:11 08-09-2020 | icon 14084
Bakıda tanınmış gitaraçı oğlu tərəfindən qətlə yetirildi

Sentyabrın 8-də  tanınmış gitara ifaçısı Nofəl Süleymanov yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə aşıq Mübariz Camaloğlu məlumat verib.

Hadisə musiqiçinin Bakının Nizami rayonundakı mənzilində qeydə alınıb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Belə ki, oğlu ehtiyatsızlıq edərək tüfəngi atasına gətirərkən əli tətiyə dəyib və güllə açılıb. 

Hazırda faktla bağlı istintaq aparılır.