logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

21:50 06-09-2020 | icon 2737
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 6-na olan statistik göstəriciləri açıqlayıb. 

YeniAvropa xəbər verir ki, məlumata əsasən ölkədə indiyədək ümumilikdə 37 min 329 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34 min 705-i müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib.

Hazırda reanimasiya şöbələrində 130 nəfər müalicə alır. Xəstələrdən 11-i süni tənəffüs cihazına qoşulub.

Ölkə üzrə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı isə 2076 nəfərdir.