logo

Sumqayıtda "Mercedes” “Hyundai”la toqquşdu:7 nəfər xəsarətl aldı

18:35 06-09-2020 | icon 10178
Sumqayıtda "Mercedes” “Hyundai”la toqquşdu:7 nəfər xəsarətl aldı

Sentyabrın 6-da Sumqayıtda ağır yol- nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

YeniAvropa xəbər verir ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların kimliyi bəlli olub: 1987-ci il təvəllüdlü Şəhriyar Abdulhüseyn oğlu Həsənov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Ülkər İmran qızı Həsənova və onların qızları 2013-cü il təvəllüdlü İnci Şəhriyar qızı Həsənova və 2017-ci il təvəllüdlü Ləman Şəhriyar qızı Həsənova, Rövşən Babək oğlu Əlizadə, Samir Baba oğlu Sahilzadə və Seymur Sadiq oğlu Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.