logo

Əli Həsənov nəyin bahasına olursa olsun Almaniyaya qaçmaq istəyir-İDDİA

10:15 05-09-2020 | icon 2842
Əli Həsənov nəyin bahasına olursa olsun Almaniyaya qaçmaq istəyir-İDDİA

"Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünün sıradan çıxdığını heç kim fikirləşməsin. Bunlar sona qədər müqavimət göstərəcəklər, çünki bu xalqa, dövlətə vurduqları ziyanın fərqindədirlər".

YeniAvropa xəbər verir ki, belə bir iddia ilə hüquqşünas Aslan İsmayılov özünün "Facebook" profilində çıxış edib.

O , qeyd edib ki, bu günlərə  Əli Həsənovun, Qurban Məmmədovun, Rauf Arifoğlunun və bu mafiyanın digər üzvlərinin İstanbulda yığışması heç də təsadüfi deyil.

"Özü də, onlar  bunu gizlətmirlər. Hələ bir çoxları özlərindən asılı olmayan səbəblərdən İstanbula gedə bilməyiblər. Əlavə olaraq onu da bildirim ki, elə bu dəqiqələrdə Ə.Həsənov nəyin bahasına olursa olsun Almaniyaya, orada əvvəldən yerləşdirdiyi qohumlarının və mafiya üzvlərinin yanına qaçmaq istəyir. Mən hələ başqa paytaxtlarda gizli fəaliyyət göstərənləri demirəm.

Bu gün hamımız Dövlətimizin və Xalqımızın yanında olmalı və Azərbaycan adlı Dövlətin düşmənlərinin tam ifşa olunmasına çalışmalıyıq! Məhz bunlar bu gün var gücləri ilə ölkədə gedən dəyişiklikləri əngəlləmək və bütün imkanları ilə baş verən müsbət işlərə kölgə salmaq istəyirlər",-deyə Aslan İsmaylov yazıb.