logo

Bakıda kran yaşayış binasının üzərinə aşdı: ölən var

14:11 04-09-2020 | icon 4711
Bakıda kran yaşayış binasının üzərinə aşdı: ölən var

Bakıda qaldırıcı kran yaşayış binasının üstünə aşıb.

 YeniAvropa xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinə görə, kran ərazidə yeni çoxmərtəbəli binanın  tikintisi üçün istifadə olunurmuş.

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, kranın sürücüsü ölüb.