logo

ABŞ oktyabrın sonundan COVID-19 əleyhinə vaksinin tətbiqinə başlayacaq

12:42 03-09-2020 | icon 8876
ABŞ oktyabrın sonundan COVID-19 əleyhinə vaksinin tətbiqinə başlayacaq

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölkə ştatlarının administrasiyalarını koronavirusa qarşı vaksinin mövcudluğu barədə məlumatlandırıb və oktyabr ayının sonuna qədər vaksinin mümkün yayılmasına hazır olmağa çağırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ABŞ-da COVID-19 əleyhinə vaksinin mövcudluğu  Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi tərəfindən təsdiqlənib.  “Cari klinik sınaqların əhəmiyyətli dərəcədə pozitiv nəticələr verəcəyi təqdirdə vaksin gözlənildiyindən daha tez əldə edilə bilər”,-deyən direktor müjdə verib.

 Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzini administrasiyalara ünvanladığı müraciətində vaksinin ilkin təchizatının məhdudlaşdırıla biləcəyini qeyd edib.  Sənəddə, həmçinin deyilir ki, ştatlar ilkin vaksinin əldə edilməsində insanların müəyyən qruplarına, o cümlədən tibb və əsas işçilərinə, rezidentlərə və uzunmüddətli qulluq müəssisələrinin heyətlərinə, eləcə də milli təhlükəsizlik sektorundakı qurumların nümayəndələrinə üstünlük verməli olacaqlar.

Xatırladaq ki, Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanmasından bəri ABŞ-da 6,09 milyon yoluxma və 185100 ölüm halı qeydə alınıb.