logo

İlham Əliyev “LUKOYL”un prezidenti Vahid Ələkbərova “Dostluq” ordeni verdi

12:57 31-08-2020 | icon 2667
İlham Əliyev “LUKOYL”un prezidenti Vahid Ələkbərova “Dostluq” ordeni verdi

Prezident İlham Əliyev avqustun 31-də “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərovun  təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Vahid Yusifoviç Ələkbərov “Dostluq” ordeni ilə təltif edilsin".

Prezident İlham Əliyev  bu gün həmçinin “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu da ünvanlayıb.Məktubda deyilir: "

Hörmətli Vahid Yusuf oğlu,

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm".