logo

Lukaşenko avtomatla Müstəqillik Sarayının qarşısında görüntüləndi

14:40 30-08-2020 | icon 2639
Lukaşenko avtomatla Müstəqillik Sarayının qarşısında görüntüləndi

Belarus prezidenti Aleksandr Lukaşenko yenidən əynində güllə keçirməyən gödəkçə və əlində avtomatla Müstəqillik Sarayının qarşısında görüntülənib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb. Agentliyin əməkdaşı  Belarus prezidentinin mətbuat katibinə  Aleksandr Lukaşenkonun harada olması və icazəsiz etiraz aksiyasının keçirildiyi Minsk şəhərindəki vəziyyətə nəzarət edib-etməməsi ilə bağlı sual ünvanlayıb.

Sualın cavabında isə mətbuat katibi agentliyi prezidentin son şəklini göndərib. Şəkildə A.Lukaşenko əynində güllə keçirməyən gödəkçə və əlində avtomatla Müstəqillik Sarayının qarşısında görünüb.

Xatırladaq ki, prezident seçkilərinin nəticələrinə etiraz edənlər bu gün də paytaxt Minskdə icazəsiz aksiyası keçiriblər.