logo

Ərdoğan Türkiyənin Zəfər bayramında Anıtqəbri ziyarət etdi

12:20 30-08-2020 | icon 2989
Ərdoğan Türkiyənin Zəfər bayramında Anıtqəbri ziyarət etdi

Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bayram münasibətlə prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət nümayəndələrindən ibarət rəsmi heyətlə birlikdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edib.

Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni səsləndirilib.

Sonra prezident Rəcəb Tayyib Ərdoğan xatirə kitabına bayram təbriki yazıb.

Qeyd edək ki, koronavirusla əlaqədar Zəfər bayramının 98-ci ildönümü münasibətilə təşkil olunan mərasimlər müəyyən məhdudiyyətlərlə keçirilir. İnsanlar maskasız kütləvi tədbirlərə, o cümlədən Anıtqəbir məkanına buraxılmır. Sosial məsafənin qorunması tələb olunur.