logo

Ölkəyə sertifikatlaşdırılmış peyvəndin gətirilməsi diqqət mərkəzindədir

11:22 29-08-2020 | icon 2611
Ölkəyə sertifikatlaşdırılmış peyvəndin gətirilməsi diqqət mərkəzindədir

Payız mövsümündə qrip kimi virusların aktivləşməsi də diqqətdə saxlanılır. Bu barədə digər ölkələrlə və Ümumdünya Səhiyyə Təşkilatı ilə məsləhətləşmələr davam etdirilir.

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlandığını qeyd edən prezidentin köməkçisi deyib: “Dünya səviyyəsində qəbul olunmuş və sertifikatlaşdırılmış vaksinlərin ölkəyə gətirilməsi və tətbiq edilməsi istiqamətində məsələlər diqqət mərkəzində saxlanılır. Burada dərin araşdırma aparmağa ehtiyac var və yan təsirləri olmayan vaksinlər vacib şərtdir”.