logo

Karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir

11:06 29-08-2020 | icon 2548
Karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir

Karantin tədbirləri yumşaldıqca qaydalar daha da sərtləşdirilməlidir.

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov səsləndirib.

Onun sözlərinə görə, əvvəlki vaxtlara nisbətən ölkədə yoluxma sayı kifayət qədər azalıb: “Ancaq bu, bizi arxayın salmamalıdır. Daha yumşaq karantin rejiminə yavaş-yavaş keçilir”.

Akif Qurbanov, həmçinin bildirib ki, payız-qış mövsümü gəldiyindən bütün respirator infeksiyalar aktivləşmiş olacaq: “Hazırda dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 2-3 ay ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcək. Hər kəs bir şeyi nəzərdə saxlamalıdır ki, qoruyucu tədbirləri lazımi şəkildə icra etmək vacibdir”.