logo

Bakı metrosu hələ bir müddət də bağlı qalacaq

10:47 29-08-2020 | icon 3507
Bakı metrosu hələ bir müddət də bağlı qalacaq

Metropolitenin fəaliyyətinə dair məsələ hazırda müzakirə olunur. Bununla əlaqədar Operativ Qərargahda aidiyyəti nəqliyyat strukturları da cəlb olunmaqla müxtəlif müzakirələr davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər məlumat verib. 

Prezidentin köməkçisi qeyd edib ki, məktəblərin açılması ilə əlaqədar şagirdlərin, tələbələrin tədris müəssisələrinə getməsi və bu zaman metrodan istifadə edilməsi kimi məsələlər də gündəm mövzusu ola bilər. Ona görə bu zərurəti nəzərə alaraq metropolitenin fəaliyyəti ilə əlaqədar müzakirələr davam etdirilir. Sanitar-epidemioloji qaydalar və bu xüsusda olan potensial risklər də qiymətləndirilir.