logo

Sabahdan Bakıda ictimai nəqliyyat 2 gün işləməyəcək

19:10 28-08-2020 | icon 2387
Sabahdan Bakıda ictimai nəqliyyat 2 gün işləməyəcək

Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

 YeniAvropa xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 29 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Nəqliyyat vasitələri 31 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.