logo

Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır

18:22 28-08-2020 | icon 2233
Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır

Xaçmaz rayon sakini 1978-ci il təvəllüdlü Ceyhun Sadıqova aprelin 20-də rayon ərazisində bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xaçmaz rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatına görə, istintaqla Xaçmaz rayon sakini 1973-cü il təvəllüdlü Kamran Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ceyhun Sadıqovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. K.Məmmədov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.