logo

Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

18:58 28-08-2020 | icon 2212
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 142 yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdanbildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib. Aktiv xəstə sayı 1998 nəfərdir.

Ötən müddət ərzində 904 min 506 test aparılıb. Bugünkü test sayı isə 6014-dür.