logo

Ombudsman Mehdiyevin nəvəsinin toyuna 21000$-lıq sırğa geyinib

17:09 28-08-2020 | icon 2401
Ombudsman Mehdiyevin nəvəsinin toyuna 21000$-lıq sırğa geyinib

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, toyda deputat Siyavuş Novruzov və həyat yoldaşı-ombudsman Səbinə Əliyeva da iştirak ediblər.

Ombudsman xanımın toyda geyindiyi libasının "Valentino” brendindən olduğu qeyd edilib. Bundan əlavə ombudsmanın ziyafət geyiminə uyğunlaşdırdığı zinət əşyası göz qamaşdırıb. Belə ki, Səbinə Əliyevanın sırğaları məşhur İtaliya brendi olan "DAMIANİ”yə məxsus olub və qiyməti 20 min 705 dollardır (35 min 200 manat). Sırğa çəhrayı rəngli yaqut və brilyant daşlarla bəzədilib.