logo

Novxanıda bir nəfər dənizdə batıb

16:30 28-08-2020 | icon 4977
Novxanıda bir nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə (nəzarətsiz ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.