logo

Sabah paytaxtda daha bir mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq

15:51 28-08-2020 | icon 2205
Sabah paytaxtda daha bir mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq

Avqustun 29-da səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.