logo

Nazirlik: 12 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur

20:09 27-08-2020 | icon 4046
Nazirlik: 12 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur

"Uşaqların virusa yoluxma faizi aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 12 yaşdan aşağı uşaqların maska taxılması valideyinlərin ixtiyarına verilib". 

 YeniAvropa xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib. 

O bildirib ki, bununla bağlı valideynlərə tövsiyə veriləcək: "Maska istifadəsi azyaşlılar üçün virus mənbəyinə səbəb olar. Ona görə də aşağı sinif şagirdlərinin maska taxıb-taxmaması qərarını valideynlər verəcək".