logo

Bəzi müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq

18:41 27-08-2020 | icon 4039
Bəzi müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq

Təhsil müəssisələrində xüsusi risk qrupuna daxil olan müəllimlər əməkhaqqı saxlanılmaqla tədrisdən uzaqlaşdırılacaq.

 YeniAvropa xəbər verir ki, bunu avqustun 27-də COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həmin müəllimlər digərləri ilə əvəz olunacaqlar: “Belə bir qərar almaqda məqsədimiz müəllimlərimizin sağlamlığının qayğısına qalmaqdır”.

Təhsil naziri daha sonra deyib ki, ümumiyyətlə müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası tədrisin təşkili formasından asılı olaraq dəyişməyəcək.