logo

Ali məktəblərdə tədris distant formada olacaq

17:57 27-08-2020 | icon 5922
Ali məktəblərdə tədris distant formada olacaq

Sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində distant formada davam etdiriləcək.

 YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.

O bildirib ki, 1-ci kurslar sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsi ilə yaxından tanış olmaq məqsədilə gələ biləcəklər.

"Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra isə bütün digər tələbələtələ bağlı fərqli qərar verilə bilər".