logo

Valideynlər məktəbli formalarını almağa başlayıblar

22:57 26-08-2020 | icon 3451
Valideynlər məktəbli formalarını almağa başlayıblar

Təhsil Nnazirliyi yeni dərs ilinin nə vaxt başlayacağı haqda dəqiq məlumat verməməsinə baxmayaraq, valideynlər artıq məktəbli formasını almaq üçün müraciət etməyə başlayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, alıcı sayı ötən illərə nisbətən zəif olsa da pis də deyil. 

"Hazırda təhsil müəssisələri bağlı olduğu üçün forma üçün müraciət edənlərin sayı elə də çox deyil, amma buna baxmayaraq valideynlər tək-tək gələrək forma alırlar. Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır".

E.Əzimov vahid məktəbli formaları ilə bağlı bir neçə modelin hazırlanaraq təklif kimi Təhsil Nazirliyinə göndərildiyini də bildirib.