logo

İranda daha 125 nəfər koronavirusdan ölüb

15:48 25-08-2020 | icon 3213
İranda daha 125 nəfər koronavirusdan ölüb

İranda koronavirusla bağlı vəziyyət tədricən də olsa sabitləşir. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib. O, nəzərə çatdırıb ki, son 24 saat ərzində İranda virusa 2 min 213 nəfər yoluxub, 125 nəfər ölüb.

Bununla da İranda yoluxanların ümumi sayı 363 min 363 nəfərə, ölənlərin sayı isə 20 min 901-ə çatıb. Müalicə alan 313 min 58 nəfər sağalıb, 3 min 839 nəfərin vəziyyəti isə ağır olaraq qalır.