logo

Qobustanda mikroavtobus aşıb: ölən və yaralananlar var

12:02 25-08-2020 | icon 4018
Qobustanda mikroavtobus aşıb: ölən və yaralananlar var

Daxili İşlər Nazirliyi (DİN) Qobustan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyevin idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobus aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlərdən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb. Xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.