logo

Pandemiya dünya turizm sektoruna 320 milyard dollar ziyan vurub

11:07 25-08-2020 | icon 3087
Pandemiya dünya turizm sektoruna 320 milyard dollar ziyan vurub

Koronavirus pandemiyası səbəbindən turizm sahəsində itki dünya üzrə təqribən 320 milyard dollar təşkil edib. Habelə 120 milyon iş yeri təhlükə altındadır.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş pandemiyanın turizm sektoruna təsiri barədə məruzəsinin təqdimatı ilə əlaqədar videomüraciətində söyləyib. O deyib: “Bu ilin ilk beş ayında beynəlxalq turizm səfərlərinin sayı iki dəfədən çox azaldı, turizm sektorunun itkiləri təqribən 320 milyard dollar oldu. Turizm sahəsində ümumilikdə 120 milyon iş yeri təhlükə altındadır”.

A.Quterreş vurğulayıb ki, turizm sektorunu bərpa etmək vacibdir. Lakin bu, insanların təhlükəsizliyi və ətraf mühitin qorunması nəzərə alınmaqla həyata keçirilməlidir.

Baş katib xəbərdarlıq edib ki, turizm sahəsi ekologiya nəzərə alınmadan bərpa edilərsə, nəqliyyatla bağlı zərərli tullantıların miqdarı yenidən kəskin şəkildə artacaq.