logo

İranda koronavirusdan ölnlərin sayı 21 min nəfərə yaxınlaşır

15:29 24-08-2020 | icon 2821
İranda koronavirusdan ölnlərin sayı 21 min nəfərə yaxınlaşır

İranda koronavirusla bağlı vəziyyət tədricən də olsa sabitləşir. Bunu yoluxanların və ölənlərin sayının azalması deməyə əsas verir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırıb ki, son 24 saat ərzində İranda virusa 2 min 245 nəfər yoluxub, 133 nəfər ölüb.

Bununla da İranda yoluxanların ümumi sayı 361 min 150 nəfərə, ölənlərin sayı isə 20 min 776-ya çatıb. Müalicə alan 311 min 365 nəfər sağalıb, 3 min 848 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, məhərrəm ayında İranda məscidlərdə matəm mərasimi keçirmək qadağan olunub.