logo

Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb

20:17 22-08-2020 | icon 2905
Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutka ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, bununla da koronavirusdan ölənlərin ümumi sayı 6 102 nəfərə çatıb.

Nazir qeyd edib ki, son məlumata görə, ölkədə 1 309 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 257 032 nəfərə çatıb.

Fahrettin Koca daha sonra əlavə edib ki, ötən gün koronavirusdan 801 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 236 370 nəfər təşkil edir.