logo

İranda koronavirusdan ölənlərin sayı 20 min 500 nəfəri ötüb

17:10 22-08-2020 | icon 2842
İranda koronavirusdan ölənlərin sayı 20 min 500 nəfəri ötüb

İranda koronavirusla bağlı vəziyyət tədricən də olsa sabitləşir. Bunu deməyə yoluxanların və ölənlərin sayındakı azalma əsas verir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində İranda virusa 2 min 28 nəfər yoluxub, 126 nəfər ölüb.

Bununla da İranda yoluxanların ümumi sayı 356 min 792 nəfərə, ölənlərin sayı isə 20 min 502-ə çatıb. Müalicə alan 307 min 702 nəfər sağalıb, 3 min 850 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, məhərrəm ayında İranda məscidlərdə matəm mərasimi keçirmək qadağan olunub.