logo

Paytaxtda avtomobillər toqquşdu, amma yol kənarındakı piyada öldü

15:30 22-08-2020 | icon 6146
Paytaxtda avtomobillər toqquşdu, amma yol kənarındakı piyada öldü

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Manafovun idarə etdiyi “Mercedes” və N.Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobillər toqquşub. Hadisədən sonra “Range Rover” markalı avtomobil yolun kənarında dayanmış paytaxt sakini Emin Şükürovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.