logo

Jirinovski Belarusa görə bir yeşik pivədən mərc gəldi

15:06 22-08-2020 | icon 2849
Jirinovski Belarusa görə bir yeşik pivədən mərc gəldi

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Belarusun ilin sonuna qədər Rusiyanın tərkibinə qatılacağına əmindir.

 YeniAvropa xəbər verir ki, bu barədə  o,  “Exo Moskva” radiostansiyasına müsahibəsində deyib və verilişin ıaparıcsi ilə hətta bir yeşik pivədən mərc də gəlib.

V.Jirinovski özü bu haqda "Ttelegram" kanalında yazıb: “Exo Moskva”nın aparıcısı Aleksey Narışkinlə bir yeşik pivədən mərc gəldik ki, ilin sonuna qədər Belarus Rusiyanın tərkibinə daxil olacaq”.

Lakin Jirinovski Belarusun hansı formada Rusiyanın tərkibinə qatılacağını deməyib. O,  belarusluların əksəriyyəti Rusiyaya birləşməyi istədiyindən əminliyini ifadə edib. Siyasətçinin fikrincə, Belarusun birləşməsindən sonra ölkə Minsk və Moqilyov vilayətlərinə bölünəcək.

Jirinovski “Exo Moskva”ya müsahibəsində habelə Aleksandr Lukaşenkonu “MDB-dəki sonuncu bolşevik” adlandırıb. Və hesab edib ki, Belarusda baş verənlər SSRİ-nin son illərini çox xatırladır. 

Belarusda seçkilərdən sonra yaranmış vəziyyətdən çıxış yolunu açıqlayan V.Jirinovski hesab edir ki, Lukaşenko üç aylıq məzuniyyətə çıxmalıdır. Lakin bundan əvvəl Belarus parlamentində kadr dəyişiklikləri aparmalıdır. O cümlədən Belarus hökumətinin rəhbəri postuna ölkənin Rusiya ilə inteqrasiyasını başladacaq adamı təyin etməlidir.

“Və qoy Belarusun Rusiyanın tərkibinə daxil olması məsələsi qaldırılsın. Parlament buna səs verəcək və onlar 2021-ci il yanvarın 1-nə qədər Rusiyanın tərkibinə daxil olacaqlar”,-deyə V.Jironovski vurğulayıb.