logo

Qobustandakı avtoqəzada 1 nəfər öldü, 4 nəfər yaralandı

15:48 21-08-2020 | icon 6587
Qobustandakı avtoqəzada 1 nəfər öldü, 4 nəfər yaralandı

Qobustan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə avqustun 20-də saat 14 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Q.Şahverdiyev idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən Təklə kənd sakini B.Cəbrayılovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə Q.Şahverdiyevin sərnişini, qohumu Aytac Məmmədova hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.