logo

Siyavuş Kərimi:"Bəzi sənətçilərin mükafatlarını əllərindən alardım” 

11:48 20-08-2020 | icon 52059
Siyavuş Kərimi:"Bəzi sənətçilərin mükafatlarını əllərindən alardım” 

"Yazılan musiqi bəstəkarın səviyyəsi qədərdir. Əgər bəstəkar yüksək səviyyəlidirsə, musiqisi də qalıcı olacaq. Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov kimi bəstəkarlarımızın əsərləri kimi... "

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycanın xalq artisti, professor, bəstəkar Siyavuş Kərimi səsləndirib:

“Lakin hazırda yüksək fəxri adları və dövlət mükafatları olan bəzi bəstəkarlarımız və ifaçılarımız var ki, ixtiyarım olsaydı, əllərindən alardım, çünki onlar həmin mükafata layiq deyillər. 

Necə olur axı Tofiq Quliyev də xalq artistidir, onlar da? Onların arasında səviyyə fərq bilinməlidir. Bu fərqin olmaması yüksək səviyyəli musiqiçi və ifaçıların şərəfli adına kölgə salır”.