logo

İlham Əliyev Goranboyda xəstəxana tikintisinə 22,35 milyon manat ayırdı

18:56 19-03-2018 | icon 3794
İlham Əliyev Goranboyda xəstəxana tikintisinə 22,35 milyon manat ayırdı

Prezident İlham Əliyev martın 19-da “Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, Goranboy rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb.