logo

Sentyabrdan məktəblərin hibrid qaydada açılması planlaşdırılır

20:48 17-08-2020 | icon 4662
Sentyabrdan məktəblərin hibrid qaydada açılması planlaşdırılır

Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır.

 YeniAvropa xəbər verir ki, bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 Nazirlik rəsmisi bildirib ki, yuxarı sinif şagirdlərinin isə məktəbə həftədə 1-2 dəfə gəlməsi nəzərdə tutulur.

"İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma mümkün variantlardır”, - deyə V.Yaqublu qeyd edib.

Nazirlik rəsmisi daha sonra bildirib ki, bir sıra valideynlər var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq.

O bildirib ki, valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir. Mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, uşağın birinci yarım il üzrə attestasiyası nəzərə alınsın:"Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.