logo

Gürcüstan beynəlxalq avaiareyslərii sentyabrın 30-dək təxirə saldı

19:56 17-08-2020 | icon 3031
Gürcüstan beynəlxalq avaiareyslərii sentyabrın 30-dək təxirə saldı

Gürcüstan hökuməti beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddətini sentyabrın 30-dək uzadıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara şamil olunmayacaq.

Qeyd olunub ki, Gürcüstan digər istiqamətlər üzrə müntəzəm hava əlaqəsinin mərhələli şəkildə bərpasına dair qərarları epidemioloji vəziyyətdən asılı olaraq qəbul edəcək.