logo

Ərdoğan Putinlə telefonda bir sıra məsələləri müzakirə edib

15:29 17-08-2020 | icon 3234
Ərdoğan Putinlə telefonda bir sıra məsələləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa Türkiyə mətbuata istinadla xəbər verir  ki, dövlət başçıları turizm, enerji, nəqliyyat və iqtisadiyyat başda olmaqla ikitərəfli münasibətlərə dair müzakirələr aparıblar. Telefon danışığı zamanı yeni növ koronavirus (COVID-19) pandemiyası ilə birgə mübarizə yolları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Liviya böhranının, eləcə də Aralıq dənizindəki gərginliyin aradan qaldırılmasında əməkdaşlığın və dialoqun önəmi vurğulanıb. Liderlər Suriya böhranı ilə əlaqədar hərbi və diplomatik kanallar vasitəsilə münasibətlərin davam etdirilməsindən razılıqlarını ifadə ediblər.