logo

Dünyada COVID-19-dan ölənlərin sayı 760 mini ötüb

10:11 17-08-2020 | icon 4802
Dünyada COVID-19-dan ölənlərin sayı 760 mini ötüb

Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayın 21 milyonu, ölənlərin sayı isə 761 mini ötüb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində dünyada koronavirusa 267 291 yoluxma qeydə alınıb, 5 985 nəfər həyatını itirib. Bununla da, dünyada koronavirusa yoluxanların sayı 21 294 845 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı isə 761 779 nəfər təşkil edir.