logo

 Mövlud Çavuşoğlu Mayk Pompeo ilə görüşdü

23:56 16-08-2020 | icon 2863
 Mövlud Çavuşoğlu Mayk Pompeo ilə görüşdü

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında Santo-Dominqo şəhərində (Dominikan Respublikası) görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri "Anadolu" agentliyinə canlı bağlantı vasitəsilə görüşün məzmunu barədə açıqlama verib.

Son günlər Aralıq dənizində baş verən hadisələrlə bağlı bir sıra ölkələrinin xarici işlə nazirləri ilə mühüm müzakirələr apardığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-lı həmkarı ilə müzakirə zamanı Türkiyənin haqlı olduğunu və fəaliyyətinin hüquqi əsaslara söykəndiyini ifadə edib. Tərəflər ikitərəfli münasibətlərə dair bəzə məsələlər ətrafında fikir mübadiləsi aparıb, Liviya böhranını dəyərləndiriblər. Həmçinin Liviya məsələsində Türkiyə və ABŞ ekspertləri səviyyəsində müşavirələrin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.

Nazir eyni zamanda, açıqlamasında ABŞ prezidentliyinə namizəd Joe Bidenin Türkiyə barədə sözlərinə kəskin ifadələrlə qarşılıq verib.