logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 6 minə çatır

22:25 16-08-2020 | icon 2891
Türkiyədə koronavirusdan ölənlərin sayı 6 minə çatır

Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə son sutka ərzində daha 1 192 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər isə dünyasını dəyişib.

Bununla da ölkədə virusa yoluxanların sayı 249 309-a, ölənlərin sayı isə 5 974-ə yüksəlib.

Məlumatda daha sonra qeyd edilib ki, son sutka ərzində 997 xəstə sağalıb. İndiyədək sağalanların sayı isə 230 969 nəfərə çatıb.