logo

“THY” gələn aydan dünyanın bir sıra ölkələrinə uçuşlara başlayır

20:27 16-08-2020 | icon 2821
“THY” gələn aydan dünyanın bir sıra ölkələrinə uçuşlara başlayır

“Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, plana əsasən iyunun 11-dən aviareysləri mərhələli şəkildə bərpa edən şirkət sentyabrın 1-dən etibarən Rusiya, Gürcüstan, İran, Kanada, Madaqaskar, Estoniya, Vyetnam, Səudiyyə Ərəbistanı, Əlcəzair, Əfqanıstan, İraq, Hindistan, Bəhreyn, İordaniya, Türkmənistan, Litva, Monqolustan, Yunanıstan, Mərakeş, Oman, Nigeriya, Cənubi Afrika və dünyanın bir sıra ölkələrinə uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları”ın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.