logo

Dariqa Nazarbayeva oğlunun ölümündən danışdı

19:57 16-08-2020 | icon 3640
Dariqa Nazarbayeva oğlunun ölümündən danışdı

Qazaxıstanın sabiq prezidenti Nursulat Nazarbayevin qızı Dariqa Nazarbayeva 30 yaşlı oğlu Aysultanın ölüm xəbərini təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mənim ailəm bizim sevimli Aysultanın itkisindən sonra boş qaldı və bu çətin zamanda tək qalmaq istəyirik", - deyə Dariqa Nazarbayeva bildirib.

 

Xatırladaq ki, Aysultan Nazarbayev bu ilin mayınadək Qazaxıstan Senatının sədri olmuş Dariqa Nazarbayeva və Rahat Əliyevin oğludur. Onun atası Rahat Əliyev vaxti ilə Qazaxıstanda mühüm dövlət postlarını tutub. Qazaxıstanın milli təhlükəsizlik komitəsinin sədr müavini, ölkəsinin Avstriyadakı səfiir, ölkənin ən iri banklarından olan "Nurbank"ın əsas səhmdarı olub. 2007-ci ildən Avstriyada siyasi məhbus həyatı yaşayıb. Daha sonra Qazaxıstan tərəfinini təkidi ilə həbs edilib. 2015-ci ildə həbsxana kamerasında ölmüş vəziyyətdə tapılıb. 

Atasının ölümündən sonra  Aysultan Nazarbayev ailəsi ilə münasibətlərini qıraraq, Böyük Britaniyaya köçüb.