logo

İranda koronavirusdan daha 147 nəfər  vəfat edib

15:20 16-08-2020 | icon 2835
İranda koronavirusdan daha 147 nəfər  vəfat edib

İranda son sutka ərzində daha 2 133 nəfərdə koronavirus aşkarlanıb, 147 nəfər vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bildirilir ki, bununla da ölkədə xəstələnənlərin sayı 343 203-ə, virus qurbanlarının sayı isə 19 639-a yüksəlib.

Bundan əlavə, indiyədək 297 486 nəfər sağalıb. Akiv xəstələrin sayı 26 078-dir.