logo

Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü

14:18 16-08-2020 | icon 3101
Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev böyük qızı Dariqa Nazarbayevanın öğlu Aysultan Nazarbayev vəfat edib.

YeniAvropa  Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, o, ötən gecə Londonda dünyasını dəyişib.

London polisi 30 yaşlı Aysultanın ölüm səbəbi araşdırılır. İlkin versiyaya görə, onun ölümünə ürək tutması səbəb olub.

Qeyd edək ki, Aysultan Nazarbayev bu ilin fevralında Böyük Britaniyadan siyasi sığınacaq istəmişdi. O, bu barədə məlumatı öz "Facebook" səhifəsində paylaşmışdı. Nazarbayevin nəvəsi bu addımını ailəsinin ona təzyiq göstərməsi ilə izah etmişdi.

Xatırladaq ki, Aysultan Nazarbayev bu ilin mayınadək Qazaxıstan Senatının sədri olmuş Dariqa Nazarbayeva və Rahat Əliyevin oğludur. Onun atası Rahat Əliyev vaxti ilə Qazaxıstanda mühüm dövlət postlarını tutub. Qazaxıstanın milli təhlükəsizlik komitəsinin sədr müavini, ölkəsinin Avstriyadakı səfiir, ölkənin ən iri banklarından olan "Nurbank"ın əsas səhmdarı olub. 2007-ci ildən Avstriyada siyasi məhbus həyatı yaşayıb. Daha sonra Qazaxıstan tərəfinini təkidi ilə həbs edilib. 2015-ci ildə həbsxana kamerasında ölmüş vəziyyətdə tapılıb. 

Atasının ölümündən sonra  Aysultan Nazarbayev ailəsi ilə münasibətlərini qıraraq, Böyük Britaniyaya köçüb.