logo

Samuxda kombayn "Mercedes"lə toqquşdu-iki nəfər öldü

12:30 16-08-2020 | icon 6034
Samuxda kombayn "Mercedes"lə toqquşdu-iki nəfər öldü

Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən(FHN) YeniAvropa-ya bildirilib ki,  nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.