logo

“Mercedes”  avtobusla toqquşdu, 1 nəfər öldü

17:49 15-08-2020 | icon 3801
“Mercedes”  avtobusla toqquşdu, 1 nəfər öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, “Mercedes” markalı minik avtomobili və “İkarus” markalı avtobus toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.