logo

ABŞ-Polşa hərbi əməkdaşlığına dair saziş imzalanıb

14:57 15-08-2020 | icon 3395
ABŞ-Polşa hərbi əməkdaşlığına dair saziş imzalanıb

Rəsmi Vaşinqton və Varşava ilə  ölkədə ABŞ-ın hərbi varlığını gücləndirəcək əməkdaşlığa dair saziş imzalayıblar.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, sənədə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə milli müdafiə naziri Mariuş Blaşak imza atıblar.

Saziş iki ölkənin prezidentləri Donald Tramp və Anjey Duda tərəfindən ötən il Vaşinqtonda əldə olunan deklarasiya çərçivəsində imzalanıb.

Sənəd Birləşmiş Ştatların Polşadakı hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru Qoşunlarının Beşinci korpusunun komandanlığının ölkədə yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, hazırda Polşada təxminən 5 minə yaxın amerikalı hərbçi dislokasiya olunub.

Polşa prezidenti Anjey Duda ABŞ-la hərbi əməkdaşlığın Şərqi Avropanın təhlükəsizliyinin gücləndirilməsi üzrə vacib addım olduğunu bildirib.