logo

Təhsil müəssisələrinin açılması ilə bağlı müzakirələr aparılır-PA rəsmisi

11:11 15-08-2020 | icon 4886
Təhsil müəssisələrinin açılması ilə bağlı müzakirələr aparılır-PA rəsmisi

Təhsil müəssisələrinin açılması ilə bağlı qonşu ölkələrin təcrübəsi də öyrənilir. Lakin bununla bağlı qərar qəbul olunarkən ölkədə olan epidemioloji vəziyyət nəzərə alınacaq.

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirilən brifinqində Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən aidiyyəti institutlar məhz elmi nöqteyi-nəzərindən bu məsələləri araşdırırlar. Təhsil müəssisələrinin müxtəlif təsnifatı var – məktəbəqədər, orta, ali və peşə təhsili. Təhsil müəssisələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən müəssisələrin xüsusiyyətləri, sinif otaqlarında, auditoriyalarda şagirdlərin, tələbələrin sayı da nəzərə alınacaq.

“Təhsil Nazirliyi tərəfindən xüsusi ictimai forum yaradılıb. Bu forum vasitəsilə şagirdlərin, valideynlərin, təhsil ekspertlərinin fikirləri də öyrənilir. Təhsil müəssisələrinin açılması ilə bağlı müzakirələrdə bu fikirlərə də diqqət ayrılacaq”, - deyə Hikmət Hacıyev qeyd edib.