logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:27 14-08-2020 | icon 2667
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Azərbaycanda koronavirusla bağlı 14 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirlib ki, son sutkada ölkə üzrə koronavirusa görə 7 969 test aparılıb. Beləliklə , indiyədək həyata keçirilən testlərin sayı 820 002-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 197, süni tənəffüs cihazında olan xəstə sayı 37 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 024 nəfərdir.