logo

Gələn həftədən İstanbul-Naxçıvan aviareysi bərpa olunur

21:51 14-08-2020 | icon 3066
Gələn həftədən İstanbul-Naxçıvan aviareysi bərpa olunur

Avqustun 21-dən etibarən "Türk Hava Yolları" aviaşirkəti İstanbul-Naxçıvan-İstanbul marşrutu üzrə uçuşlarını bərpa edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, uçuşlar həftədə bir dəfə- həftənin cümə günləri müəyyən olunmuş cədvəl üzrə yerinə yetiriləcək.

Uçuşlar pandemiya qaydalarına tam riayət olunmaqla həyata keçiriləcək.