logo

Yarım ildə 7107 boşanma qeydə alınıb

19:50 14-08-2020 | icon 2387
Yarım ildə 7107 boşanma qeydə alınıb

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 841 nikah və 7 107 boşanma halları qeydə alınıb.

Bildirilib ki, bu göstərici ilə ölkədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 təşkil edib.